AZ

"Atletiko" baş məşqçisinin oğlu ilə yeni müqavilə imzalayacaq

Bakı. Trend:

İnsayder Fabritsio Romanonun məlumatına görə, “Atletiko”nunhücumçusu Culiano Simeone yaxın zamanda klubla müqaviləsini uzadabilər.

Trend xəbər verir ki,tərəflər razılığa yaxındırlar. Yeni müqavilənin 2030-cu ilin yayınaqədər qüvvədə olması gözlənilir.

22 yaşlı argentinalı futbolçu cari mövsümdə 19 oyun keçirib, 3qol vurub və 6 məhsuldar ötürmə edib. Culiano, Madrid klubunun başməşqçisi Diego Simeonenin oğludur.

Seçilən
24
1
az.trend.az

2Mənbələr