AZ

ABŞ Konqresi hökumətin maliyyələşdirilməsi qanun layihəsini təsdiqlədi

BAKI, 13 noyabr. TELEQRAF

ABŞ Nümayəndələr Palatası Senatda əvvəlcədən qəbul edilmiş, federal hökumətin fəaliyyətinin maliyyələşdirilməsini 30 yanvar 2026-cı ilədək davam etdirməyi nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Teleqraf xəbər verir ki, səsvermənin canlı yayımlanması "C-SPAN" telekanalı tərəfindən aparılıb.

Xatırladaq ki, qanun layihəsi 10 noyabr tarixində qəbul edilib. Həm Respublikaçı, həm də Demokrat partiyaların nümayəndələri ABŞ hökumətinin rekord müddətə dayandırılmış fəaliyyətiproblemini aradan qaldırmaq üçün tədbirlər üzərində razılığa gəliblər.

Qanun layihəsi artıq ABŞ Prezidenti Donald Trampın imzasına göndəriləcək və Ağ Ev bununla bağlı imzalanacağını təsdiqləyib.

Seçilən
45
teleqraf.com

1Mənbələr