AZ

Sabiq deputat: Həbsxanalarda qanunun aliliyi təmin olunmalıdır

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Həbsxanalardakı vəziyyətlə bağlı həmişə narahatlığımızı ifadə etmişik. Sovet dövründə adətən həbsxanalarda vəziyyətin qanundankənar vasitələrlə nəzarət mexanizmlərinin həyata keçirilməsindən şikayətlənirdik. Bu da yolverilməzdir. Təəssüf ki, indi də belə hallara rast gəlirik, çoxlu məlumatlar alırıq. Yeməklərin keyfiyyətsiz olması, məhbuslarla normal davranılmaması... Sovet dövründən bəri, hətta hakim olanda da qarşımdakı müttəhimə, müqəssirə bir insan kimi baxmışam və özümü onun yerinə qoymuşam. Birinci düşünmək lazımdır ki, həbsdə olanlar insandırlar, vətəndaşdılar”.Reyting.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.T.Kərimli qeyd edib ki, məhbusların bir çoxu əsəbi halda, ictimai mühitin pozğunluğuna qoşulub, narkotik çəkənlərin əhatəsinə düşüb və cinayətlər törədiblər: “Milli Məclisdə də dəfələrlə bu məsələni qaldırırdım. Həbsxanaya deputat kimi səfərlərimizdə də deyirdim ki, bir sıra dövlətlərdə narkotik aludəçilərini müalicəyə göndərirlər. Biz isə həbsxanaya göndəririk. Az qala həbsxanalarda hər üç nəfərdən ikisi narkotiklə bağlı məhkum olunub. Bunu aradan qaldırmaq lazımdır. Ora çəkilən xərcin yarısından azını çəkməklə həmin şəxslərin müalicəsini təşkil etmək olar. Onları tərbiyə edib, cəmiyyətə qaytarmaq lazımdır ki, faydalı vətəndaş olsunlar. Həbsxanada anket məlumatları da, şəxsiyyətləri də korlanır. Bu kimi hallar baş alıb gedir. Ümid edirdim ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətin rəhbərliyi dəyişdikdən sonra bu məsələlər yoluna qoyular. Yenə də ümidimi üzmürəm. Hesab edirəm, köklü dəyişikliklərə mütləq şərait yaradılmalı, bütün həbsxanalarda qanunun aliliyi təmin olunmalı, qanundankənar vasitələrlə təsir imkanları aradan qaldırılmalıdır", - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
reyting.az

2Mənbələr