AZ

Nazir: Universitetlərin yükü azaldılacaq

“Ali təhsil sistemində əsas problem kəmiyyət deyil, keyfiyyətdir”.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, uzun illər ali təhsil müəssisələri daha çox tələbə cəlb etməklə maliyyə resurslarını artırmağa çalışıb. Amma bu, keyfiyyətin azalmasına gətirib çıxarıb: “İndi biz istiqaməti dəyişirik. Tələbə sayının yox, bir tələbəyə düşən xərclərin artması prioritetdir. Keyfiyyətli kadr hazırlığı üçün universitetlərin yükü azaldılacaq, amma hər bir tələbəyə daha çox investisiya qoyulacaq”.

Seçilən
58
azedu.az

1Mənbələr