AZ

İsrail Qəzza zolağında bir neçə ərazini atəşə tutub

İsrail qüvvələri Qəzza zolağında bir neçə ərazini atəşə tutub.

Ucnoqta.az xəbər verir ki, Əl-Cəzirə bu barədə Fələstin mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, anklavın cənub hissəsində İsrail qüvvələri şimal-qərbi Rəfah ətrafındakı əl-Şakuş məhəlləsində, eləcə də Xan Yunisin şərqindəki Bani Suheila məhəlləsi yaxınlığında atəş açıb. Bundan əlavə, Qəzza şəhərinin şərq kənarlarına və Qəzza zolağının şimalındakı Beyt Lahiyadakı bir məhəlləyə hava hücumları təşkil edildiyi iddia edilir.

Beyt Lahiyadakı bir məktəb binasına zərbə endirildiyi bildirilir. Tələfat barədə heç bir məlumat verilməyib.

Seçilən
37
ucnoqta.az

1Mənbələr