AZ

Ukrayna MN də korrupsiya halları ilə bağlı axtarışlar aparılacaq

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Şişirdilmiş silah alqı-satqı müqavilələri ilə bağlı təhqiqat çərçivəsində yaxın vaxtlarda Ukrayna Müdafiə Nazirliyində yeni axtarışlar aparılacaq". 

"Unikal" xəbər verir ki, bu barədə "Politico" (ABŞ)  nəşri məlumat dərc edib.  

"Müdafiə tədarükündə korrupsiya halları da müstəntiqlər tərəfindən araşdırılır və istintaqa yaxın adamların sözlərinə görə, yaxın vaxtlarda Ukrayna Müdafiə Nazirliyində yeni axtarışlar aparılacaq", - nəşr yazır.

Nəşrin mənbəsinin sözlərinə görə,  Ukraynanın energetika sektoru da ağır vəziyyətdədir. "Politico" gələn qışı 2022-ci ildən bəri Ukrayna üçün ən təhlükəli qış adlandırır.

Gülayə Mecid 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
unikal.az

1Mənbələr