AZ

Radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbiri keçirilib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 13 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi və Qarabağ Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Sahibsiz radioaktiv mənbələr və onlarla davranış” mövzusunda tədbir keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin kommunal sahələr üzrə nümayəndələri, eləcə də FHN-in yerli qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev belə tədbirlərin radiasiya təhlükəsizliyi sahəsində əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Xəzər Əmiraslanov agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən tədbirlər, həmçinin sahibsiz radioaktiv mənbələrlə davranış sahəsində mövcud vəziyyət barədə ətraflı məlumat verib.

Ümumilikdə 30 nəfərdən artıq nümayəndənin qatıldığı tədbirdə nüvə və radioloji fəaliyyətlər, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr və onların aşkar edilməsi, sahibsiz radioaktiv mənbələrlə davranış zamanı qurumların fəaliyyətinin əlaqələndirilməsi, nüvə və radioloji qəza halları, qəza hallarında idarəetmə mexanizmi məsələləri müzakirə olunub.

Tədbir zamanı agentliyin əməkdaşları tərəfindən müvafiq mövzularla təqdimatlar edilib, videoçarxlar nümayiş olunub və suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
2
azertag.az

3Mənbələr