AZ

İsrail İordan çayının qərb sahilində məscidi yandırıblar

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

İşğal altındakı İordan çayının qərb sahilində İsrail ordusu Selfit şəhərində yerləşən əl-Həcc Həmidə məscidini yandırıblar.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, şahidlərin sözlərinə görə, silahlı israillilər məscidin divarlarına irqçi yazılar da yazıblar.

Fələstin Vəqflər Nazirliyi hadisəni müqəddəs yerlərə qarşı vəhşilik adlandıraraq kəskin şəkildə pisləyib.

Yerli sakinlər yanğını söndürsələr də, məscidə ciddi ziyan dəyib. Hücumun İsrail ordusunun himayəsi altında, bölgədə fələstinlilərə qarşı artan zorakılıqlar fonunda baş verdiyi bildirilib.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
bakivaxti.az

1Mənbələr