AZ

Üç və daha çox uşağı olan qadınlar üçün güzəştlərin tətbiqi təklif edildi

Üç və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiqi təklif edilib.

HİT.az "Report"a istinadən xəbər verir ki, bu təklifi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı irəli sürüb.

O, dövlətin çoxuşaqlı ailələrə müvafiq sosial dəstək proqramları həyata keçirdiyini vurğulayaraq bu istiqamətdə əlavə addımların atılmasına ehtiyac olduğunu bildirib:

"Beynəlxalq təcrübəni öyrənməklə, üç və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiq olunmasını təklif edirik".

Komitə sədri həmçinin vurğulayıb ki, mövcud qanunvericiliyə və Nazirlər Kabinetinin müvafiq Qərarlarına əsasən, ölkədə həm uşaq bağçalarında, həm də təhsil müəssisələrində tibbi xidmət təşkil olunmalıdır:

"Uşaqlara, eləcə də, müəllim və texniki heyətə ilkin yardım göstərmək üçün həmin tibb məntəqələri məsuliyyət daşıyır. Bəzən uşağın həyatı göstərilən ilkin tibbi yardımdan asılı olur. Ancaq əfsuslar olsun ki, bir çox uşaq bağçalarında və məktəblərdə tibb işçiləri yoxdur. Bu, psixoloji xidmətin təşkilinə də aiddir. Psixoloji dəstəyə ehtiyacın müəyyən edilməsi bir sıra ağır nəticələrin qarşısını vaxtında ala bilər".

Seçilən
14
12
hit.az

10Mənbələr