AZ

"Bir çox uşaq bağçaları və məktəblərdə tibb işçiləri yoxdur" – Hicran Hüseynova


Son illər ailələrdə doğulan uşaqların sayında azalma müşahidə olunur. Beynəlxalq təcrübəni öyrənməklə, üç və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin edilməsini təklif edirik.

Trend xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri xatırladıb ki, Azərbaycanda həm uşaq bağçaları, həm də təhsil müəssisələrində tibbi xidmət təşkil olunmalıdır:

“Uşaqlara, eləcə də, müəllim və texniki heyətə ilkin yardımı göstərmək üçün həmin tibb məntəqələri məsuliyyət daşıyır. Bəzən uşağın həyatı göstərilən ilkin tibbi yardımdan asılı olur. Bu baxımdan, tibb məntəqələrinin və tibb işçilərinin olmağı olduqca zəruridir. Ancaq əfsuslar olsun ki, bir çox uşaq bağçalarında və məktəblərdə tibb işçiləri yoxdur. Bu həm də psixoloji xidmətin təşkilinə də aiddir. Psixoloji dəstəyə ehtiyacın müəyyən edilməsi bir sıra ağır nəticələrin qarşısını vaxtında ala bilər”.

Seçilən
9
9
baki-xeber.com

10Mənbələr