AZ

Üç və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiqi təklif edilib

Üç və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiqi təklif edilib.

Aznews.az xəbər verir ki, bu təklifi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı irəli sürüb.

O, dövlətin çoxuşaqlı ailələrə müvafiq sosial dəstək proqramları həyata keçirdiyini vurğulayaraq bu istiqamətdə əlavə addımların atılmasına ehtiyac olduğunu bildirib:

"Beynəlxalq təcrübəni öyrənməklə, üç və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiq olunmasını təklif edirik".

Seçilən
25
6
aznews.az

10Mənbələr