AZ

 Bu Universitetlərə tələbə qəbulu azala bilər

Gələcək illərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinə tələbə qəbulu azala bilər.

Ölkə.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, adambaşına maliyyələşmə sisteminə 2011 ci ildə keçid edilmişdik, amma adambaşına ayrılan vəsaitin artım sürətini bu illər ərzində təmin etməmişik: “Bu sistem nəticəsində artıq tələbə sayını artırmaq mümkün olub, amma bu zaman keyfiyyətli kadrlar yetişdirilməsi kölgədə qalmamalıdır. İndi bu prosesin bir az tərsinə getməyə məcbur olmuşuq. Əsas məqsəd keyfiyyətin artırılmasıdır. Məsələn, gələcək illərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinə tələbə qəbulu sayının azaldılması nəzərdə tutulur. Nəticədə bir tələbəyə düşən xərclər artacaq. Çünki orada daha yüksək keyfiyyət tələb olunur”.

Mürtəza

Seçilən
28
14
olke.az

10Mənbələr