AZ

Samir Abasov dörd oyunluq cəzalandı

AFFA "Neftçi" komandasının baş məşqçisi Samir Abasovu cəzalandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Məlumata görə, mütəxəssis "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XI turunun oyunundan sonra hakimi təhqir etdiyi üçün cəza ilə üzləşib. Klub buna görə 10000 manat cərimələnib.

"Neftçi" azarkeşlərinin bu oyunda matçda meydana kənar əşya atması ucbatından 3500 manat ziyana düşüb. Bu hal cari mövsümdə üçüncü dəfə təkrarlanıb.

"Neftçi" fanatlar rəqib komandanın ünvanına təhqiramiz ifadələr səsləndirdiyi üçün 7000 manat, tərəfdarların oturacaqları sındırdığına və stadiona zərər vurduğuna görə 3000 manat ödəyəcək.

"Qarabağ" isə azarkeşlərin təhqiramiz ifadələr işlətməsinə görə 6000 manat cərimə olunub. Bu hal da cari mövsümdə ikinci dəfə təkrarlanıb.

Seçilən
18
20
bakivaxti.az

10Mənbələr