AZ

Müəllimlər tamamilə daimi ştatda olacaq – NAZİR AÇIQLADI

Yalnız saatla dərs deyən və ya yarımştat işləyən müəllim deyil, daimi, gündəlik məktəbə gələn, yüksək əməkhaqqı ilə işləyən müəllimlər modeli yaradılacaq.

Ulusal.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

“2027-2030-cu illər üçün əsas hədəflərdən biri də müəllimlik peşəsinə yeni modelin tətbiqidir. Yəni, yalnız saatla dərs deyən və ya yarımştat işləyən müəllim deyil, daimi, gündəlik məktəbə gələn, yüksək əməkhaqqı ilə işləyən müəllimlər modeli yaradılacaq. Bu, məcburi deyil. İstəyən müəllim əvvəlki – saatla işləmə sistemində qala bilər. Amma bu yeni modeldə müəllimin həftəlik dərs yükü 18–24 saat olacaq, əlavə saatlarda isə şagirdlərlə, valideynlərlə və məktəb daxilində digər təhsil fəaliyyətləri ilə məşğul olacaq. Bu sistemə yalnız sertifikatlaşdırmadan yüksək nəticə ilə keçmiş müəllimlər cəlb olunacaq. Çünki əməkhaqqının aşağı olmasının əsas səbəblərindən biri də odur ki, müəllimlərin həftəlik dərs yükü azdır. Hazırda 4 müəllimdən biri həftədə cəmi 12 saat dərs deyir. Bu da, təbii olaraq, aşağı maaş deməkdir. Əgər biz müəllimin həyatını və statusunu yaxşılaşdırmaq istəyiriksə, bu yanaşmanı dəyişməliyik”, – deyə nazir vurğulayıb.

Seçilən
17
3
moderator.az

5Mənbələr