AZ

Zelenski: Onları xarabalıqlar naminə ölməyə məcbur etmirik

Zelenski:

Ukrayna prezidenti Vladimir Zelenski Pokrovskdakı vəziyyətin “çox çətin” olduğunu etiraf edib. O, Ukrayna qoşunlarının ərazidən çıxarılması ilə bağlı hər hansı qərarın yerdəki hərbi komandanlıq tərəfindən qəbul edilməli olduğunu bildirib.

Reyting.az
-ın xəbərinə görə, prezident əsgərləri nəzərdə tutaraq deyib ki, heç kim onları xarabalıqlar naminə ölməyə məcbur etmir.

“Mən əsgərlərimizi, xüsusən də oradakı komandirləri vəziyyəti idarə etmək səylərində dəstəkləyəcəyəm. Əks halda, bu, bizim üçün çox baha başa gələcək - əsgərlərimiz bizim üçün ən vacibdir”, - V. Zelenski “Bloomberg”-ə deyib.

Onun sözlərinə görə, Rusiya Pokrovskda qələbə qazanmaq istəyir ki, Trampı Ukrayna qoşunlarını Donetsk və Luqansk bölgələrindən çıxarmaq və müharibəyə son qoymaq lazım olduğuna inandırsın. Lakin o, bunun baş verməyəcəyini bildirib.

“Biz Ukraynanın şərqini tərk edə bilmərik. Bunu xalq bunu başa düşməyəcək”, - deyə Zelenski əlavə edib: “Ən əsası, heç kim zəmanət verə bilməz ki, Rusiya bu və ya digər yaşayış məntəqəsini ələ keçirdikdən sonra daha da irəliləməyəcək”.

Prezident həmçinin Rusiya qoşunlarının “o qədər gücə malik olmadığını”, Ukraynanın enerji sistemini hədəf aldığını, yaza qədər Ukraynanı təslim olmağa məcbur etməyə çalışdıqlarını bildirib.

“Onlar bilirlər ki, enerji amili yox olduqdan sonra onların başqa güclü amilləri qalmayacaq”, - deyə prezident qeyd edib.

Zelenski vurğulayıb ki, Ukrayna atəşkəsə nail olmaq üçün ruslarla danışıqlara açıqdır: “Əgər onlar həqiqətən müharibəni bitirmək istəyirlərsə və ya buna hazırdırlarsa, diplomatiyaya müraciət etməlidirlər”.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleksandr Sırski bildirib ki, Pokrovsk şəhər ərazilərində və şəhərə yaxınlaşmalarda işğalçıların kiçik hücum qrupları ilə döyüşlər davam edir.

ELÇİN
Seçilən
20
reyting.az

1Mənbələr