2016-cı ildə Cəlilabad rayonunda itkin düşən1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın qətlə yetirilməsi məlum olub.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis və Penitensiar Xidmət əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Elnur Nizami oğlu Eynullayev tərəfindən törədilməsi müəyyən edilib.
O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb.
Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.