AZ

Növbəti müharibə harda başlayacaq? Makron açıqladı

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Növbəti hərbi münaqişə kosmosda baş verəcək". 

Qaynarinfo xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

"Bugünkü müharibə artıq kosmosda aparılır və sabahkı müharibə də kosmosda başlayacaq", deyə Fransa lideri qeyd edib.

Onun sözlərinə görə, kosmos artıq sığınacaq deyil; döyüş meydanına çevrilib.

Bu ilin aprel ayında Pentaqonun Kosmik Komandanlığının rəhbəri general Stiven Uaytinq kosmosa silah yerləşdirməyi təklif edib. O, bildirib ki, indi ABŞ-ın "atəş gücünə", orbital tutuculara və kosmos əsaslı silah sistemlərinə ehtiyac duyduğu vaxtdır. Uaytinq vurğulayıb ki, bu, kosmik münaqişənin qarşısını almaq və baş verərsə, Amerika ordusunun uğurunu təmin etmək üçün lazımdır.

Daha əvvəl "Forbes" jurnalı Rusiyanın Qərblə kosmik müharibədə qalib gələ biləcək müasir silah arsenalını inkişaf etdirdiyini və "Starlink" peykləri üçün təhlükə yaratdığını bildirmişdi. Nəşr, Moskvanın "Nudol" peyk əleyhinə raketini sınaqdan keçirdiyinə inanan Təhlükəsiz Dünya Fondunun Kosmik Təhlükəsizliyi və Sabitliyi üzrə direktoru Viktoriya Samsona istinad edir. İddialara görə, bu raketdən artıq aşağı Yer orbitində Sovet kosmik gəmisini partlatmaq üçün istifadə edilib və nəzəri olaraq "SpaceX"in 7000 peykindən hər hansı birinə çırpıla bilər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
qaynarinfo.az

1Mənbələr