Türkiyədə C-130 təyyarələrinin uçuşu dayandırılıb.
Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu qərar C-130 hərbi yük təyyarəsinin noyabrın 11-də Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğramasından sonra ehtiyat tədbiri olaraq qəbul edilib.