AZ

"Neftçi"nin baş məşqçisi Samir Abasov dörd oyunluq cəzalanıb

"Neftçi" komandasının baş məşqçisi Samir Abasov dörd oyunluq cəza alıb.

BAKU.WS xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Mütəxəssis "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XI turunun oyunundan sonra hakimi təhqir etdiyi üçün cəza ilə üzləşib. Paytaxt klubu buna görə 10000 manat cərimələnib.

"Ağ-qaralar" azarkeşlərin sözügedən matçda meydana kənar əşya atması ucbatından 3500 manat ziyana düşüb. Bu hal cari mövsümdə üçüncü dəfə təkrarlanıb.

"Neftçi" fanatlar rəqib komandanın ünvanına təhqiramiz ifadələr səsləndirdiyi üçün 7000 manat, tərəfdarların oturacaqları sındırdığına və stadiona zərər vurduğuna görə 3000 manat ödəyəcək.

"Qarabağ" isə azarkeşlərin təhqiramiz ifadələr işlətməsinə görə 6000 manat cərimə olunub. Bu hal da cari mövsümdə ikinci dəfə təkrarlanıb.

Seçilən
32
20
far.az

10Mənbələr