AZ

“General çox təkəbbürlü idi, Prezident bunu görüb işdən çıxardı”

Milli Məclisin deputatı Razi Nurullayev sabiq dövlət rəsmisi, General-mayor İlqar Abbasov barədə sərt fikir səsləndirib.

Minval.info xəbər verir ki, deputat bu fikirləri parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, eləcə də Elm və təhsil komitələrinin birgə iclasında – “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı dilə gətirib.

“Dövlət məmurları təkəbbürdən uzaq olsunlar. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi var idi – general-mayor İlqar Abbasov, çox təkəbbürlü idi. O qədər şikayətlər alırdım. Bunu yüksək qiymətləndirirəm ki, dövlət, Prezident gördü və onu vəzifəsindən uzaqlaşdırdı”, – deyə Razi Nurullayev bildirib.

Qeyd edək ki, İlqar Abbasov ötən ay Prezidentin Sərəncamı ilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib. O, bu vəzifəyə 2022-ci ilin iyulunda təyin olunmuşdu.

Minval.info

Seçilən
42
11
minval.info

10Mənbələr