Olaylar.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
Nazirin sözlərinə görə, Kiyev uzunmüddətli münaqişəyə hazırlaşır, halbuki Rusiya 2014-cü ildən bəri Donbası ələ keçirməyə nail olmayıb.
Sikorski Rusiyanın döyüş meydanındakı zəif nəticələrinə diqqət çəkib və ABŞ-la Polşanın Kiyevə dəstəyinin, o cümlədən sursat, hava hücumundan müdafiə sistemləri və Starlink rabitə terminallarının davam edəcəyinə ümid etdiyini bildirib.
O, həmçinin Avropa İttifaqını sülh danışıqları prosesində daha fəal iştirak etməyə çağırıb. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31