AZ

Azad edilmiş rayonlarda bu il tikintiyə 3.2 mlrd. manata yaxın vəsait xərclənib - SİYAHI

İşğaldan azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 2025-ci ilin yanvar-sentyabr ayları ərzində bütün maliyyə mənbələri hesabına 3 milyard 150 milyon 268 min manat vəsait sərf edilib.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir.

Qeyd edək ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər (781 mln. 429 min manat), Ağdam (432 mln. 668 min manat), Zəngilan (345 mln. 685 min manat) və Laçın ( 323 mln. 961 min manat) rayonlarına ayrılıb.

Xatırladaq ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 13 milyard 48,1 milyon manat vəsait yönəldilib ki, bunun da 10 milyard 281.9 milyon manatı tikinti quraşdırma işlərinə sərf edilib.

Beləliklə, hesabat dövründə azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin 30.6%-ni təşkil edib.

Aşağıdakı diaqramda cari ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş ərazilərdə rayonlar üzrə tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin həcmi verilib:

Əlavə edək ki, azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə bu ilin 9 ayında dövlət büdcəsindən 2.9 milyard manat vəsait xərclənib.

Seçilən
22
11
apa.az

10Mənbələr