AZ

Yüzlərlə keniyalı saxta yolla Rusiya ordusuna CƏLB EDİLİB

Keniyanın xarici işlər və diaspor naziri Musaliya Viklif Mudavadi yüzlərlə keniyalının saxta iş təklifləri ilə Rusiya-Ukrayna müharibəsində iştirak etməyə razı salındığını bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, Mudavadi pullu əsgərlərlə bağlı artan sayda hesabat aldığını qeyd edərək, “Hesabatlar 200-dən çox keniyalının Rusiya ordusuna qoşulduğunu göstərir,” – deyə bildirib. Nazir, həmçinin pullu döyüşçülər arasında Keniyanın təhlükəsizlik qüvvələrinin keçmiş üzvlərinin də olduğunu vurğulayıb. 

Mudavadi kəşfiyyat məlumatlarının Rusiyanın xarici əsgər cəlbi proqramının genişləndirildiyini və buna keniyalılar da daxil olmaqla Afrika ölkələrinin vətəndaşlarının da daxil edildiyini göstərdiyini deyib. 

O, vəziyyətin narahatedici olduğunu bildirərək, vətəndaşları xaricdən gələn iş təkliflərinə qarşı ehtiyatlı olmağa çağırıb. 

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr