AZ

Ukrana Rusiya ilə danışıqları mənasız hesab edir XƏBƏR

ain.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Bir neçə dəfə Rusiya –Ukrayna müharibəsini dayandırılması üçün ABŞ prezidenti Donat Tramp səy göstərməsinə baxmayaraq rəsmi Moskva müxtəlif bəhanələrlə müharibəni davam etdirir. Hətta İstanbulda baş tutan Rusiya-Ukrayan nümayəndə heyətləri arasındakı danışıqlarda bir nəticə verməyib. Bütün bunları əsas gətirən Kiyev Rusiya ilə danışıqları dayandırmaq fikrinə düşüb. Bunla bağlı Ukrana rəsmiləri çıxış ediblər. Rusiya buna cavab olaraq xüsusi hərbi əməliyyatın davam etdiriləcəyini bəyan edib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna tərəfinin son açıqlamalarını şərh edərkən bildirib.

D. Peskov vurğulayıb ki, danışıqlar üçün imkanlar olmadığı təqdirdə, Rusiyanın Ali Baş Komandanın müəyyən etdiyi məqsədlərə çatmaq üçün xüsusi əməliyyatı davam etdirməkdən başqa çarəsi yoxdur.

Dmitri Peskov daha əvvəl qeyd etmişdi ki, gec-tez Ukrayna danışıqlar masasına oturmalı olacaq, lakin onların mövqeyi getdikcə pisləşəcək.

Problemin dalana dirənməsinin səbəbi Britaniyanın "The Times" qəzetində Ukrayna xarici işlər nazirinin müavini Sergey Kıslıtsya ilə müsahibənin yer aldığı məsələlərdir. Sergey Kıslıtsya 2025-ci ildə iki ölkə arasında danışıqlar prosesində əhəmiyyətli irəliləyişin olmadığını qeyd edib. Nəşr həmçinin qeyd edib ki, Kiyev münaqişələrin həlli məsələləri üzrə Moskva ilə təmasdan birtərəfli şəkildə imtina edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
sesqazeti.az

1Mənbələr