AZ

Türkiyə təyyarə qəzası ilə bağlı iddialara aydınlıq gətirdi - C-130-ların uçuşu tam dayandırıldı...


Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsində hərbi sursat olmadığını açıqlayıb.

Nazirlik təyyarədəki heyətin Zəfər Günü ilə əlaqədar Azərbaycana getmiş F-16-ların texniki xidmət heyəti olduğunu bildirib.

Nazirlik qəzaya uğrayan C-130 hərbi yük təyyarəsinin sonuncu dəfə saat 13:50-də Tbilisi ilə əlaqə saxladığını bildirib: “11 noyabrda Hərbi Hava Qüvvələrinin 12-ci Hava Nəqliyyatı Baş Bazasına məxsus 68-1609 nömrəli C-130E tipli təyyarə canlı qüvvə və materialların daşınması məqsədilə saat 09:02-də Kayseridən Gəncəyə uçub. Zəfər günü tədbriləri çərçivəsində Azərbaycanda uçuş həyata keçirən F-16-lara texniki xidmət materialları çatdırmaq üçün 13:15-də yenidən havaya qalxıb. 13:50-də Tbilisi ilə son dəfə rabitə əlaqəsi qurulub, bundan sonra təmas kəsilib”.

Nazirlik təyyarənin qəzaya uğrama səbəbinin hələlik bilinmədiyini qeyd edib: “Təyyarə hələlik məlum olmayan səbəbdən Tbilisinin cənubunda, Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayıb”.

Nazirlik qəza ilə bağlı iddialara da aydınlıq gətirib. Bildirilib ki, təyyarədə sursat olmayıb: “Təyyarəmiz personal və təyyarənin texniki xidmət ləvazimatlarını daşıyırdı. Təyyarədə sursat yox idi.

Təyyarənin qəzaya uğrama səbəbi ilə bağlı hər hansı bir dəlilin olub-olmamasına gəlincə, Nazirlik “hazırda bu məsələ ilə bağlı şərh vermək üçün tezdir. Hadisənin səbəbi davam edən qəza araşdırmasından sonra aydınlaşdırılacaq” - deyə bildirilib.

Nazirlik ərazidə radar qeydlərində bir vertolyotun aşkarlanması iddialarına da münasibət bildirib. Qeyd edilib ki, təyyarə qəzaya uğradıqdan sonra əraziyə gedib təyyarə ilə əlaqə saxlamağa çalışan Gürcüstan vertolyotu olub.

“Səudiyyə Ərəbistanı tərəfindən istismardan çıxarılan təyyarənin satın alındığı doğrudurmu?” sualına isə nazirlik belə caab verub: “Sözügedən təyyarə 21 yanvar 2012-ci ildə Səudiyyə Ərəbistanından alınıb və 2014-cü ildə texniki xidmət başa çatdıqdan sonra... inventara verilib. 2022-ci ildən etibarən modernləşdirilib və istifadəyə verilib. O vaxtdan bəri müntəzəm texniki xidmət göstərilib. Lakin iddia edildiyi kimi bu, istifadəçi ölkə tərəfindən xidmətdən çıxarılan təyyarə deyil. C-130 təyyarələri Səudiyyə Ərəbistanı tərəfindən də hazırda istifadə olunur”.

Nazirlik C-130- təyyarəsinin istismar müddətinin başa çatmasına dair iddialara da aydınlıq gətirib: “Köhnə təyyarə yoxdur, baxımsız təyyarələr var. Sözügedən təyyarənin texniki xidməti ölkəmiz tərəfindən mütəmadi olaraq həyata keçirilir. C-130 təyyarələri hazırda 70-dən çox ölkədə aktiv şəkildə istifadə olunur", - Türkiyə Müdafiə qeyd olunub.

Türkiyə hazırda invvertarında olan C-130 təyyarələrinin uçuşunu dayandırıb. “Təyyarələrimizin uçuşları 12 noyabr 2025-ci il tarixindən etibarən ehtiyat tədbiri olaraq dayandırılıb. Təyyarənin uçuşları bütün texniki yoxlamalar başa çatdıqdan sonra bərpa olunacaq” – deyə nazirlikdən bildirilib.

TAHR

Seçilən
102
baki-xeber.com

1Mənbələr