AZ

200-dən çox keniyalı Rusiya ordusunda Ukraynaya qarşı döyüşəcək

Keniya 200-dən çox vətəndaşının Ukraynaya qarşı döyüşmək üçün Rusiya ordusunda muzdlu əsgər olduğunu açıqlayıb.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Keniyanın Xarici İşlər və Diaspora Naziri Musalia Wycliffe Mudavadi yüzlərlə Keniyalının yalançı iş vədləri ilə Rusiya-Ukrayna müharibəsinə qoşulmağa cəlb edildiyini bildirib.
 
Mudavadi muzdlu əsgərlər haqqında getdikcə daha çox məlumat aldığını qeyd edərək dedi: "Məlumatlar göstərir ki, 200-dən çox Keniyalı Rusiya ordusuna qoşulub" deyə bildirib.

Mudavadi qeyd edib ki, bu şəxslər arasında Keniya təhlükəsizlik qüvvələrinin keçmiş üzvləri də var və kəşfiyyat hesabatları Rusiyanın xarici hərbi xidmətə cəlb olunmasını genişləndirdiyini, o cümlədən Keniya vətəndaşlarını da əhatə etdiyini göstərir.
 
Mudavadi bu vəziyyəti həyəcanverici adlandırıb və vətəndaşları xarici iş təkliflərindən ehtiyatlı olmağa çağırıb.
 
 

Seçilən
33
7news.az

1Mənbələr