AZ

Bosniyada insan ovu: İtaliyada 90 cı illərdəki dəhşətli oyun u araşdırır

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Milan prokurorluğu 1990-cı illərin əvvəllərində Bosniya və Herseqovinada baş vermiş müharibə zamanı italiyalıların Sarayevoda "snayper turizmi" adlandırılan qanlı əyləncədə iştirakına dair iddialarla bağlı istintaqa başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İddialara görə, bəzi italiyalılar və digər ölkələrdən gələn şəxslər Sarayevo şəhərində, dörd il ərzində bosniyalı serblərin mühasirəsində qalmış şəhərdə, dinc sakinlərə atəş açmaq üçün böyük məbləğdə pul ödəyiblər.

Şikayəti Milan prokurorluğuna jurnalist və yazıçı Etso Qavatszeni təqdim edib. O, apardığı şəxsi araşdırmada müharibə dövründə çox varlı insanların Sarayevoda insan ovuna çıxdığını müəyyənləşdirdiyini bildirib. Məlumatlara əsasən, kişi, qadın və uşaqlara atəş açmaq üçün müxtəlif məbləğlər tələb olunub.

BBC qeyd edir ki, bu cür "insan ovu” ittihamları əvvəllər də dəfələrlə səslənib, lakin Qavatszeninin topladığı sübutlar -  o cümlədən Bosniya hərbi kəşfiyyat zabitinin ifadələri - indi İtaliyanın terrorizmlə mübarizə prokuroru Alessandro Qobbis tərəfindən araşdırılır.

"La Repubblica” qəzetinə verdiyi müsahibədə Qavatszeni bildirib ki, bu "oyun"larda azı yüz nəfər iştirak edib və italiyalılar bu dəhşətli "oyun” üçün 100 min avroyadək pul ödəyiblər. Hazırda İtaliya prokurorluğu və polisi şahidlərin siyahısını tərtib edərək Sarayevoda törədilən bu cinayətlərdə kimlərin iştirak etmiş ola biləcəyini müəyyənləşdirməyə çalışır.

Britaniyalı hərbçilər isə şəhərin mühasirəsi dövründə "snayper turizmi” adlanan hadisənin mövcudluğu ilə bağlı yayılan məlumatları təkzib ediblər. Bu barədə BBC veteranlara istinadla xəbər verib.

Hərbçilərin sözlərinə görə, xaricilərin dinc sakinlərə atəş açmaq üçün pul ödəməsi barədə deyilənlər "şəhər əfsanəsidir”. Onlar qeyd ediblər ki, Sarayevonun ətrafında çoxsaylı nəzarət-buraxılış məntəqələri olduğundan bu cür hadisələrin həyata keçirilməsi demək olar ki, mümkün deyildi.

"Xaricilərə dinc sakinlərə atəş açmaq imkanı yaratmaq cəhdləri logistika baxımından həyata keçirilməsi çox çətin bir məsələ olardı", deyə BBC-yə danışan hərbçilər bildiriblər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
qaynarinfo.az

1Mənbələr