AZ

Qaxın yeni icra başçısı kollektivə təqdim edildi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elvin Nazim oğlu Paşayev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

 

Pravda.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

 

Elvin Paşayev ona göstərilən etimada görə minnətdarlıq edib.

Tarix: 13 Noyabr 2025, 17:56   
Seçilən
48
49
pravda.az

10Mənbələr