AZ

Nazir kənd təsərrüfatı məhsullarının bahalaşmasının səbəblərini açıqladı

"Kənd təsərrüfatı məhsullarının bahalaşmasının fərqli səbəbləri var. Bəzi məhsulların istehsalının azalması qiymətlərə təsir göstərib".

Bu barədə Teleqraf-a açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

“Ötən il soğan istehsalında azalma olub. Bununla bağlı hər il dalğalanmalar müşahidə edirik. Bir il qiymətlər yaxşı olur, fermerlər maraq göstərib növbəti il də eyni məhsulu əkirlər. Qiymətlər aşağı olanda isə əksi yaşanır. Ötən il soğanın qiyməti aşağı olduğu üçün bu il məhsul əkini azalıb. Xərclərin artımı da sektora təsir göstərir. Digər tərəfdən Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olub. Dünya bazarlarında məhsulların qiyməti necədirsə, yerli bazar da ona uyğunlaşır”.

Nazir fermerlərdən məhsulların ucuz qiymətə alınaraq şəhərdə baha qiymətə təklif olunması ilə bağlı narazılıqlara da münasibət bildirdi:

“Bu məsələ ilə bağlı biz fermerləri korporativlər yaratmağa təşviq edirik. Bunlar ticarət və ya birgə istehsalat korporativləri ola bilər. Hətta yaradılan korporativlərə əlavə 10% subsidiya təşviqi mexanizmi var. Son dövrlərdə az-az da olsa, fermerlər buna meyl göstərməyə başlayırlar. Fermerlər bunun əhəmiyyətini anladıqca, onlar birləşib artıq məhsulu daha güclü formada təqdim etməyə başlayacaqlar”.

Seçilən
20
4
hit.az

5Mənbələr