AZ

Azərbaycan millilərində oynamış daha 2 futbolçu cəzalandırıldı

Azərbaycan müxtəlif yaş qrupları üzrə millilərində oynamış daha iki futbolçu müəyyən müddətə futboldan uzaqlaşdırıb.

Bakıvaxt.az xəbər verir ki, məlumatı Türkiyə Futbol Federasiyasının mətbuat xidməti yayıb.

Bunlar Emre Kaplan və Murat Cem Akpınardır. Sözügedən oyunçuların adları mərc oyunlarında hallandığı üçün 45 günlük diskvalifikasiya ediliblər.

Kaplan Azərbaycanın U-19 və U-21, Akpınar isə U-17 millisində forma geyinib.

Qeyd edək ki, Azərbaycanın əsas millisinin sabiq üzvü Mert Çelik də eyni səbəbdən 45 gün müddətinə futboldan kənarlaşdırılıb.

Seçilən
20
5
bakivaxti.az

6Mənbələr