AZ

“Azərreyl” CEV Kubokunda Niderland klubuna uduzdu

Azərbaycanın kişilərdən ibarət “Azərreyl” voleybol komandası CEV Kubokunun 2025/2026-cı illər mövsümündə ilk matçına çıxıb.

Arena.az xəbər verir ki, Bakı təmsilçisi turnirin 1/32 finalında Niderlandın “Orion Stars” komandası ilə üz-üzə gəlib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilmiş oyun rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.

Bu komandalar arasında cavab görüşü noyabrın 19-da Niderlandda keçiriləcək. Cütün qalibi 1/16 finalda İsveçrənin “Amrisvil” kollektivi ilə qarşılaşacaq.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
33
20
arena.az

10Mənbələr