AZ

Restoranda baş verən partlayışda yaralanan qadın işçi vəfat edibVİDEO

Restoranda baş verən partlayış zamanı yaralanan qadın işçi bir neçə gün sonra həyatını itirib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən restoranların birində baş verib.

Məlumata görə, partlayışa səbəb qaz sızması olub.

Hadisədən sonra restoranın təmizlik işçisi - 55 yaşlı Məlahət Cəfərova iş yoldaşlarına yaxınlaşaraq yaralandığını deyib. Daha sonra o, xəstəxanaya çatdırılıb.

Restoranın işçisi Xaliq İbrahimovun sözlərinə görə, Məlahət Cəfərovanın xəstəxanada vəziyyəti yaxşı olsa da, o bir neçə gün sonra həyatını itirib. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
32
xezerxeber.az

1Mənbələr