AZ

Azərbaycan – İslandiya oyununda hesab açılıb –Yenilənir+Canlı

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində 5-ci tur matçına çıxıb.

Tribunainfo.az xəbər verir ki, Ayxan Abbasovun komandası evdə İslandiya ilə qarşılaşır. Oyun saat 21:00-da başlayıb.

Komandamızın üzvlərindən Elvin Cəfərquliyev sözügedən görüşdə iştirak etməyəcək. O, yüksək hərarət səbəbindən millinin heyətindən çıxarılıb.

Azərbaycan millisi Fernandu Santuşun baş məşqçilik etdiyi dövrdə – sentyabrın 5-də İslandiya yığmasına səfərdə 0:5 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, millimiz noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanı qəbul edəcək. Oyun saat 21:00-da start götürəcək.

DÇ-2026, seçmə mərhələ, 5-ci tur

13 noyabr

D qrupu

21:00. Azərbaycan – İslandiya – 0:1 Birinci hissə)

Qol: Albert Qvüdmündsson, 20

Hakimlər: Nikola Dabanoviç, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (Monteneqro)

VAR: Momçilo Markoviç (Serbiya)

AVAR: Aleksandar Jivkoviç (Sebiya)

Bakı, 8-ci km. stadionu

23:45. Fransa – Ukrayna

“Neftçi Arena”.

Tribunainfo.az

Seçilən
17
10
tribunainfo.az

10Mənbələr