AZ

Hücum planı Donald Trampa təqdim edildi

Pentagon ABŞ Prezidenti Donald Trampa Venesuelaya qarşı potensial hərbi əməliyyat planlarını təqdim edib, bu planlara quru zərbələri də daxildir.

Publika.az xəbər verir ki, bu barədə mənbələrə istinadla CBS telekanalı məlumat yayıb.

“Yüksək vəzifəli hərbi rəsmilər çərşənbə günü prezident Trampa Venesuelada mümkün əməliyyatların yenilənmiş variantlarını, o cümlədən quru zərbələrini təqdim ediblər”, – xəbərdə qeyd olunub.

CBS-in məlumatına görə, ABŞ-ın Venesuelaya qarşı atacağı addımlar barədə yekun qərar hələ qəbul edilməyib.

Telekanal xatırladıb ki, Venesuela çərşənbə axşamı ölkə üzrə genişmiqyaslı hərbi təlimlərin başladığını elan edib. Bildirilir ki, təlimlərdə təxminən 200 min hərbi qulluqçu iştirak edir.

Seçilən
105
publika.az

1Mənbələr