AZ

“Kəpəz” 10 günlük istirahətə buraxıldı

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk hissəsini 9-cu pillədə başa vurmuş “Kəpəz” qış fasiləsinə yollanıb.

Arena.az xəbər verir ki, komanda üzvlərinə 10 günlük istirahət verilib.

Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, bəzi legionerlər fürsətdən istifadə edərək Yeni il bayramını qeyd etmək üçün vətənlərinə yollanıblar.

Gəncə təmsilçisi çempionatın ikinci hissəsinə hazırlıq üçün yanvarın 4-də Gəncədə toplanacaq. Təlim-məşq toplanışı barədə daha geniş məlumat qarşıdakı günlərdə veriləcək.

Xatırladaq ki, “Kəpəz” mövsümün ilk iki dövrəsindən sonra 14 xalla 9-cu pillədə qərarlaşıb. Adil Şükürovun çalışdırdığı komanda indiyə qədər keçirdiyi 18 oyunda cəmi 3 qələbə qazanıb, 5 heç-heçə edib və 10 məğlubiyyətə üzülüb.

Seçilən
586
48
arena.az

10Mənbələr