AZ

Təhsilin İnkişafı Fondu 250 min xərcləyəcək – Tender keçirilməyib

“Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxsi ali təhsil müəssisələri üçün “Microsoft” lisenziyalarının alınması üçün 251 835 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, Fond bu işi “Azedunet” MMC-yə verib.

 

Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Qeyd: Nizamnamə kapitalı 6 340 000 AZN olan şirkətin qanuni təmsilçisi Natiq Rza oğlu Yəhyayevdir.

 

Cabir

Tarix: 14 Noyabr 2025, 09:43   
Seçilən
95
3
pravda.az

3Mənbələr