AZ

Ağalı sakini: O vaxt 15 yaşım vardı, indi övladlarımla qayıdıram  

Obamıza qayıdırıq, çox sevinirik. Bu, həqiqətən bizim üçün sevincli və gözəl gündür. Yurduna qayıdan hər kəsi təbrik edirəm. Gözləri aydın olsun. Hamı xeyirli-uğurlu yola çıxıb evlərinə sağ-salamat çatsın, evlərində xoş günlərlə yaşasınlar.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Zəngilan rayonunun Ağalı kəndinə qayıdan Vəsilə Mirzəyeva deyib.

O bildirib ki, hələ uşaqlıq illərində yurdundan didərgin düşüb.

"Biz 30 il əvvəl məcburi köçkün düşdük. O vaxt mənim 15 yaşım var idi. İndi isə öz övladlarımla birlikdə geri qayıdıram", - deyə Ağalı sakini vurğulayıb.

V.Mirzəyeva, həmçinin belə bir şəraiti yaratdığına görə Prezident İlham Əliyevə təşəkkür edib, şəhidlərə Allahdan rəhmət, qazilərə cansağlığı arzulayıb.

Seçilən
27
4
azerbaijan-news.az

5Mənbələr