AZ

Ronaldo qırmızı vərəqə aldı, 40 ildə bir hadisə

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Millətlər Liqasının qalibi Portuqaliya Dünya Çempionatının seçmə mərhələsinin V turunda Dublində İrlandiyaya 0:2 hesabı ilə uduzub.

Milli.Az xəbər verir ki, hesabı 17-ci dəqiqədə "AZ Alkmaar" (Niderland) klubunun hücumçusu Troy Parrott açıb.

O, 45-ci dəqiqədə ikinci dəfə fərqlənib.

61-ci dəqiqədə Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun 40 yaşlı hücumçusu Kriştiano Ronaldo rəqibinə dirsək vurduğuna görə birbaşa qırmızı vərəqə alıb.

Qeyd edək ki, Portuqaliya 10 xalla F qrupuna başçılıq edir və ikinci yerdə olan Macarıstanı iki xal qabaqlayır. İrlandiya 7 xalla üçüncüdür, Ermənistan isə 3 xalla sonuncudur.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
4
news.milli.az

5Mənbələr