AZ

Sabirabadda qadın güllələnərək öldürüldü - Qardaşı tutuldu

Sabirabadda qətl törədilib.

Gundem.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Qardaşkənd kəndində kənd sakini 1983-cü il təvəllüdlü Ülviyyə Məmmədovaya ov tüfəngindən atəş açılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qətli törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1986-cı il təvəllüdlü Murtuz Xudaverdi oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayətin aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
158
13
gundem.az

10Mənbələr