Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Yunanıstan Hərbi Hava Qüvvələrinin C-130 yük təyyarəsinin şəklini paylaşaraq şəhidlərimizə qarşı insani və hərbi dəyərlərdən uzaq olan çirkin mesajını qınayırıq.
Axar.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik X hesabında yazıb.
“Bu mesajın silinməsi və şəhidlərimiz üçün başsağlığı mesajı ilə əvəz edilməsi düzgün yanaşma olardı. Zəlzələ və fəlakətlər zamanı bir-birimizin köməyinə gəlirik və ağrıları bölüşürük. Doğru addım budur. Bu çirkin mesajı dərc edənlərə qarşı lazımi tədbirlərin görülməsini və lazımi cəzaların tətbiq olunmasını gözləyirik”, - partiya rəsmisi vurğulayıb.
Qeyd edək ki, Yunanıstan Hərbi Hava Qüvvələrinin C-130 yük təyyarələrinin şəklini “Günün fotosu” başlığı ilə paylaşması sosial şəbəkələrin Türkiyə seqmentində sərt reaksiyalara səbəb olmuşdu.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.