AZ

BDU nümayəndə heyəti Pekində Ümumdünya Çin Dili Konqresində iştirak edir

Bakı Dövlət Universitetinin (BDU) elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Vanq Haoqiang 14-15 noyabr tarixlərində Pekin şəhərində keçirilən Ümumdünya Çin Dili Konqresində iştirak edir.

QHT.az xəbər verir ki, tədbirdə dünyanın Çin dili tədris olunan ölkələrindən nazirlər, ali məktəb rəhbərləri, tanınmış elm xadimləri iştirak edirlər. Konqresdə beynəlxalq təhsil əlaqələrinin intensivləşdirilməsi, Çin dilinin tədrisində qabaqcıl təcrübənin öyrənilməsi, birgə innovativ proqramların işlənib hazırlanması kimi məsələlər müzakirə olunur.

Seçilən
31
7
qht.az

8Mənbələr