Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyevlə Volodimir Zelenski arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə V.Zelenski “X” hesabında paylaşım edib.
Ukrayna lideri paylaşımında İlham Əliyevin Rusiyanın Kiyevi raket atəşinə tutması nəticəsində həlak olanlarla bağlı başsağlığı verdiyini diqqətə çatdırıb: “İlham Əliyevə dəstəyinə və xalqımıza başsağlığı verdiyinə görə minnətdaram. Ötən gecə rusiyalılar tərəfindən ukraynalılara qarşı yüzlərlə dron və raketlərdən, o cümlədən ballistik raketlərdən istifadə edilib. Təəssüf ki, Azərbaycan Səfirliyi də daxil olmaqla, obyektlərə ziyan dəyib”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.