AZ

Əvvəl Zəngəzur, indi qardaş region: Əliyev də orada olacaq

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Prezident İlham Əliyev noyabrın 16-da Mərkəzi Asiya Dövlət Başçılarının VII  Məşvərət Görüşündə iştirak edəcək.

Mərkəzi Asiya ölkələri siyasi, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməklə, regional siyasi transformasiyanın aparıcı iştirakçılarına çevrilir. İndiyədək keçirilən məşvərət görüşlərində aparılan müzakirələr regiondaxili inteqrasiyanı gücləndirməklə yanaşı, Mərkəzi Asiya ölkələrinin beynəlxalq müstəvidə daha aktiv rol alması üçün yeni imkanlar yaradıb.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni geosiyasi nizam, eləcə də Zəngəzur dəhlizinin gündəmə gəlməsi, ABŞ-ın Cənubi Qafqaza və Mərkəzi Asiyaya diqqətini daha da artırdı:

“ABŞ-ın Zəngəzur dəhlizini (TRIPP marşrutu) icarəyə götürməsi və Mərkəzi Asiya liderləri ilə keçirilən sammitdə əldə edilən razılaşmalar regionda siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığında yeni mərhələnin başlanğıcıdır.

Məhəmməd Əsədullazadə

Prezident İlham Əliyevin fəxri qonaq qismində Məşvərət Şurasına dəvət olunması da təsadüfi deyil. Azərbaycan bu gün Mərkəzi Asiya ilə Qərb arasında strateji körpü rolunu oynayır. Transxəzər Nəqliyyat Marşrutu region ölkələrini birləşdirən əsas logistika xəttinə çevrilib və ölkəmiz bu xəttin mərkəzi halqasıdır. Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında siyasi-iqtisadi yaxınlaşma həm regional inteqrasiyanı gücləndirir, həm də yeni qlobal siyasi nizamda ortaq maraqların formalaşmasına xidmət edir.

Nəticə etibarilə, Mərkəzi Asiya ölkələrinin Qərblə əməkdaşlığı genişləndirməsi, həmçinin yeni nəqliyyat və enerji layihələrinə qoşulması regionun strateji əhəmiyyətini artırır və Rusiya ilə Çinin bölgəyə təsir imkanlarının neytrallaşdırılmasına xidmət edir”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
globalinfo.az

1Mənbələr