Bakı. Trend:
Azərbaycanın maliyyə nazirliyi və Asiya İnkişaf Bankı (ADB)2025–2029-cu illəri əhatə edən Azərbaycan üzrə yeni ÖlkəTərəfdaşlığı Strategiyasını müzakirə edib.
Bu barədə Trend nazirliyə istinadən xəbər verir.
Belə ki, noyabrın 14-də maliyyə naziri, Asiya İnkişaf Bankının(AİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olanbankın prezidenti Masato Kanda ilə görüşüb. Bu səfər prezidentKandanın Azərbaycana ilk rəsmi səfəridir.
Nazir Sahil Babayev AİB ilə uzunmüddətli və səmərəliəməkdaşlığın Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq bildirib ki,Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz iqtisadiyyatınşaxələndirilməsi, davamlı inkişaf və regional liderlik hədəflərinədoğru irəliləyir və bu prosesdə beynəlxalq maliyyə institutları iləəməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Nazir AİB ilə uzunmüddətliəməkdaşlığı yüksək qiymətləndirərək kreditlər, qrantlar və texnikiyardım vasitəsilə həyata keçirilən birgə təşəbbüslərin ölkəmizininkişaf gündəliyinə əhəmiyyətli töhfə verdiyini bildirib.
Azərbaycanın cari iqtisadi vəziyyəti və makroiqtisadigöstəriciləri barədə məlumat verən S.Babayev bildirib ki, ölkəiqtisadiyyatında və xüsusilə qeyri-neft sektorunda müsbət inkişafdinamikası müşahidə olunur, strateji valyuta ehtiyatları yüksəksəviyyədədir və dövlət borcu kifayət qədər aşağı həddədir.
Görüşdə AİB-nin 2025–2029-cu illəri əhatə edən Azərbaycan üzrəyeni Ölkə Tərəfdaşlığı Strategiyası da diqqət mərkəzində olub. Yenistrategiya iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, iqlimdayanıqlığının artırılması, rəqəmsal və yaşıl transformasiya, eləcədə özəl sektorun gücləndirilməsi kimi prioritetləri əhatə edir.
Tərəflər Bakı Metropoliteninin genişləndirilməsi, Bakı şəhəri vəətraf ərazilərdə nəqliyyat infrastrukturunun, içməli sutəchizatının, su itkilərinin azaldılması və yağış sularının idarəedilməsi sahələrində həyata keçiriləcək layihələrdə, eləcə də dəmiryolu infrastrukturunun modernləşdirilməsi, dövlət–özəl tərəfdaşlığılayihələri və regional əlaqəlilik təşəbbüsləri daxil olmaqla əsasprioritet əməkdaşlıq istiqamətləri üzrə geniş müzakirələraparıblar. Bu çərçivədə AİB-nin Orta Dəhliz və Yaşıl Enerji Dəhlizikimi strateji regional layihələrə inteqrasiyası da diqqətmərkəzində olub.
Görüş zamanı Azərbaycanın AİB-nin yoxsulluğun azaldılması vəhəyat keyfiyyətinin yüksəldilməsi məqsədilə əsasən aşağı gəlirliölkələrə dəstək göstərən Asiya İnkişaf Fonduna (AİF) 2021-ci ildənetibarən verdiyi töhfələr yüksək qiymətləndirilib. Vurğulanıb ki,bu dəstək Azərbaycanın ən az inkişaf etmiş ölkələrlə həmrəyliksiyasətinin və inklüziv regional inkişafın təşviqinə verdiyi önəmingöstəricisidir.
Prezident Masato Kanda bildirib ki, AİB Azərbaycanı mühüm vəetibarlı tərəfdaş kimi yüksək qiymətləndirir və ölkənin inkişafprioritetlərini dəstəkləməyə, o cümlədən regional əlaqəlilik,rəqəmsal transformasiya, su təsərrüfatı və dayanıqlı infrastruktursahələrində əməkdaşlığı daha da genişləndirməyə hazırdır.