BAKI, 14 noyabr. TELEQRAF
Keçmiş dünya çempionu Cozef Parker dopinq-testdən keçə bilməyib.
Teleqraf "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı idmançının oktyabrın 25-də Fabiu Uordliyə məğlub olduqdan sonra analiz verib.
Həmin döyüşü 11-ci raundda texniki nokautla uduzan yeni zelandiyalı döyüşçünün nəticələri müsbət çıxıb. Onu uzunmüddətli diskvalifikasiya gözləyir.
Qeyd edək ki, Cozef Parker 2011-ci ildə ilk dəfə ağır çəki dərəcəsində dünya çempionluöunu qazanan boksçudur.