AZ

BakıKart ödəniş sistemi ləğv olunur? Ekspert AÇIQLADI

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

"İstər "BakıKart", istərsə də digər ödəmə vasitələri olsun, məsələnin mahiyyəti ondan ibarətdir ki, bu sistemlər yeniləndikcə və proseslər novatorlaşdıqca, davamlı olmalıdır. Zaman gələcək, kartlar ləğv ediləcək, yeni ödəmə sistemləri, barmaq izi və digər texnologiyalar tətbiq olunacaq".Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.O, bildirib ki, bu günün tələbi ilə hər şey reallıqla uzlaşmalıdır, əks halda proseslər uğurlu nəticələnməyə bilər:"Bunun bir neçə səbəbi var. Məsələn, əhalinin nəqliyyat vasitələrində və ümumiyyətlə ödəmə sistemlərinə münasibəti, bu qaydalardan istifadə etmə bacarığı önəm daşıyır. İnternetin əlçatan olduğu ərazilərdə bu proseslər asanlıqla həyata keçə bilər, lakin internet imkanları məhdud olan yerlərdə vətəndaşlar üçün çətinlik yarana bilər".Ekspert bildirib ki, buna görə də bu sistemlər həm sadə, həm də vətəndaş üçün əlçatan olmalıdır:"Ləğv və yeniləmə prosesləri, yeni sistemlərə keçid və digər dəyişikliklər vətəndaşlara rahat olmalı, inandırıcı və istifadəçi üçün sadə şəkildə təqdim edilməlidir".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
164
48
demokrat.az

10Mənbələr