AZ

Ət bazarında vəziyyət necədir? AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Azərbaycanın ət bazarında son aylarda müşahidə olunan dinamika həm istehlakçıların, həm də bazar iştirakçılarının diqqət mərkəzindədir. Qiymətlərdə artım meyili güclənir, təklif isə bir sıra səbəblərdən qeyri-sabit görünür”.

Bu fikirləri Redaktor.az-a ət bazarındakı mövcud vəziyyətlə bağlı danışan iqtisadçı ekspert Akif Nəsirli bildirdi.

Onun sözlərinə görə, mövcud vəziyyət və yaxın perspektivlər ət bazarında yeni dövrün başlaya biləcəyini göstərir. 

“Payızdan etibarən mal və quzu ətində qiymətlərin qalxması açıq şəkildə hiss olunur. Bakı bazarlarında mal ətinin kilosu artıq 16–18 manat civarında dəyişir. Bu, ötən dövrlərə nisbətən nəzərəçarpacaq bahalaşmadı. Rəsmi statistika da bunu təsdiqləyir: son bir ildə ət və ət məhsullarında bahalaşma orta hesabla 8-9% təşkil edib”, - deyə müsahibimiz vurğuladı".

Ekspertin sözlərinə görə, son günlər yerli qırmızı ət ucuzlaşma meyilləri göstərir:

“Bəzi iri quşçuluq fabriklərinin istehsalı azaltması təklifin azalmasına gətirib çıxarıb, bu isə qiymətlərə təkan verib.

Dabaq xəstəliyi səbəbilə toyuq ətinə tələbatın artması da qiymətləri tətikləyir. Ət bazarında bahalaşmanın bir neçə əsas səbəbi var: Azərbaycanın yem istehsalında özünütəminetmə səviyyəsi 50%-dən aşağıdır. Bu isə xarici bazarlardakı bahalaşmanın birbaşa yerli istehsala təsir etməsi deməkdir, bəzi bölgələrdə iri və xırdabuynuzlu heyvanların sayının azalması bazarda təklifin azalmasına səbəb olur, dabaq xəstəliyi səbəbilə təklif azalıb, valyuta dəyişkənliyi, nəqliyyat və logistika xərclərinin yüksəlməsi xüsusilə dondurulmuş və yarımfabrikat ətin qiymətini qaldırır, bir neçə iri fabrikdə istehsalın məhdudlaşdırılması quş ətinin qiymətinə təzyiq göstərir. Bu faktorların hər biri bazarın tarazlığını pozaraq qiymətlərin artmasını qaçılmaz edir”.

A.Nəsirli vurğuladı ki, 2024–2027-ci illər üçün proqnozlara görə, Azərbaycanda ətin ümumi istehsalı artacaq:

“Xüsusilə quş və quzu ətində istehsal həcmlərinin böyüməsi gözlənilir. Bu, uzunmüddətli dövrdə bazarda sabitlik yarada bilər. Lakin istehsal artsa belə, yem idxalı və qlobal bazar riskləri aradan qalxmadan qiymətlərdə tam sabitlik gözləmək çətindir. Qısamüddətli perspektivdə mal və quzu ətində əlavə bahalaşma ehtimalı yüksəkdir. Yem və idxal təsirləri davam etdikcə qiymətlərin daha da artması mümkündür.

Toyuq ətində bir neçə fabrikin istehsalı bərpa etməsi halında qiymətlər sabitləşə bilər. Amma Avropadakı quş qripi dalğası kimi xarici amillər əlavə risk yaradır. Ortamüddətli dövrdə yerli istehsal artarsa, bahalaşma tempinin zəifləməsi mümkündür. Lakin hazırkı mərhələdə ciddi ucuzlaşma gözlənilmir”. 

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
82
40
redaktor.az

10Mənbələr