“Barselona”nın hücumçusu Robert Levandovski cari mövsümün sonunda karyerasını başa vura bilər.
"Football-plus.az" xəbər verir ki, Levandovskinin İspaniya klubu ilə müqaviləsinin müddəti gələn yaya qədərdi. Ona Səudiyyə Ərəbistanı klublarından təkliflər gəlsə də, bu, polşalı forvardı cəlb etmir. 37 yaşlı hücumçu “Barselona” ilə 1 mövsümlük müqavilə imzalamaq niyyətindədi. Lakin klub bununla razılaşmasa, o, mövsümün sonunda yaşıl meydanlarla vidalaşacaq.
Robert “Barselona”nın formasını 2022-ci ilin yayından geyir. O, bu mövsüm komanda ilə 11 oyun keçirib və 4 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta