AZ

Tahir Əmiraslanov: “İrəvan xanlığının bölgə mətbəxi”nin ingilis dili nəşrində kitabın bütün sənədləri və fotoşəkilləri əks olunub

Bakı, 14 noyabr, AZƏRTAC

“İrəvan xanlığının bölgə mətbəxi”nin yeni, ingilis dilində olan nəşrində kitabın bütün sənədləri və fotoşəkilləri əks olunub. Erməni mətbəxi mifologiyası Azərbaycan türklərinin, xüsusilə Qarabağ və Qərbi Azərbaycan bölgələrinin mətbəx irsini mənimsəməklə formalaşdırılıb. Bu kitab həmin irsin bərpasına və öz sahiblərinə qaytarılmasına xidmət edir”.

Bunu AZƏRTAC-a açıqlamasında kitabın müəlliflərindən biri, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) baş direktoru Tahir Əmiraslanov söyləyib.

Müəllif vurğulayıb ki, kitabın ingilis dilindəki nəşri azərbaycanlı iş adamı və tarixçi Rəşid Hüseynovun təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilib. “O, dörd il ərzində kitabın tərcümə və nəşri prosesinin bütün xərclərini qarşılayıb. Giriş sözünü İrəvan xanlarının nəvəsi Amir Əli Sərdari İrəvani yazıb. Nəşriyyat işi isə “TEAS Publishing” tərəfindən həyata keçirilib”,- deyə T.Əmiraslanov əlavə edib

 

Seçilən
84
1
azertag.az

2Mənbələr