AZ

ARB-nin fəaliyyətinə xitam verilir? -AÇIQLAMA

"ARB telekanalı öz fəaliyyətini davam etdirəcək".

Redaktor.az xəbər verir ki, telekanaldan verilən məlumata görə, ARB və ARB 24 kanalları ARB 24 MMC-nin tərkibində fəaliyyətlərini davam etdirir.

Kanalın fəaliyyətinə xitam verilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

***

ARB TV MMC-nin fəaliyyətinə xitam verilir.

Redaktor.az "Teleqraf"a istinadən xəbər verir ki, bununla da MMC "Stream-Info" MMC-yə qoşulduğunu və nəticədə yenidən təşkil olunduğunu elan edib.

Qeyd edək ki, ARB TV MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi isə Emin Vaqif oğlu Sultanovdur. MMC-nin bundan əvvəlki qanuni təmsilçisi isə Murad Dadaşov olub.

Seçilən
72
19
redaktor.az

10Mənbələr